Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi 5 oyundur qol vura bilmir

Azərbaycan millisi 5 oyundur qol vura bilmir

Tarix: 23 Mart 2021 15:48

Futbol üzrə Azərbaycan millisi 5 oyundur qol vura bilmir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, sabah Portuqaliya ilə üz-üzə gələcək yığmamızın qol həsrəti 511 dəqiqədir davam edir.

Sonuncu qola Maksim Medvedev imza atıb. O, ötən il sentyabrın 8-də Kiprlə Nikosiyadakı görüşdə fərqlənib.

Müdafiəçinin 29-cu dəqiqədəki qolu 1:0 hesablı qələbə üçün yetərli olub. Ardınca Monteneqroya 0:2 hesabı ilə uduzan milli ötən ili ardıcıl 4 qolsuz heç-heçə ilə tamamlayıb.

Kipr, Sloveniya, Monteneqro və Lüksemburqla qarşılaşmalarda eyni - 0:0 hesabı qeydə alınıb. Bir sözlə, 5 matçdır qol vurmayan yığma 4 oyundur özü də top buraxmır.

Sonuncu dəfə oktyabrın 10-da qapısında qol görən millini İqor İvanoviç məyus edib. Monteneqrolunun qolundan sonra yığma 379 dəqiqəlik quru seriyaya malikdir.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi 5 oyundur qol vura bilmir


RƏYLƏR