Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 18:12
Sağlam bədənə sahib olmaq və həyat yaşamaq üçün hər bir insan gündə 2,5-3 litr su içməlidir. Bol miqdarda su qəbul etmək, arıqlamağı da asanlaşdırır. Sağlamlığını qorumaq və zərərsiz formada çəki atmaq istəyən bir çox insan su pəhrizinə üstünlük verir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, su pəhrizi gün ərzində mayedən başqa qida qəbul etməməyə əsaslanır.
Aparılan araşdırmalara görə, qəbul edilən soyuq su istehlak edilən zaman bədəndə müəyyən qədər kalorinin məhv olmasına səbəb olur. Bu da öz növbəsində çəki itkisinə kömək edir.
Eyni zamanda bu pəhrizlə böyrəklər daha çox işləyir və bədəndən toksinlər çıxarılır. Onurğanı qorumağa kömək edən su qan təzyiqini tarazlayaraq bədən istiliyinin tənzimlənməsinə də kömək edir. Lakin mütəxəssislər bu pəhrizin də həkim nəzarəti altında həyata keçirilməsini məsləhət görür.
Bədəndə kalori yandıran su pəhrizi gündəlik ən az 2 litr maye istehlakı ilə olur. Doyma hissi verən sudan əlavə qan təzyiqini azaltmamaq və lazımi qidaları almaq üçün digər mayelərə də diqqət yetirilməlidir.
Mütəxəssislər pəhrizin yalnız su istehlak edərək son dərəcə zərərli olduğunu bildirir. Bununla yanaşı maye tərkibi və qida dəyəri olan qidaların da yeyilməsi tövsiyyə edilir.
Su pəhrizi zamanı aşağıdakıları edə bilərsiniz:
- Səhər yeməyi: 2 stəkan yeni sıxılmış alma suyu
- Qəlyanaltı: bir stəkan balqabaq suyu
- Nahar: bir qab qarpız
- Qəlyanaltı: Yeni sıxılmış portağal, yaxud da bir stəkan limon şirəsi
- Şam yeməyi: bir stəkan su
Yaxud da
- Səhər yeməyi: bir stəkan yağsız süd və 2 stəkan su
- Qəlyanaltı: bir banan və 2 stəkan su
- Nahar: bir stəkan süd və 2 stəkan su
- Qəlyanaltı: bir banan və 2 stəkan su
- Şam yeməyi: bir banan