Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Poco brendi Poco X3 Pro-nu təqdim edib - QİYMƏTİ

Poco brendi Poco X3 Pro-nu təqdim edib - QİYMƏTİ

Tarix: 25 Mart 2021 23:12

Qlobal təqdimat çərçivəsində Poco brendi Poco X3 Pro smartfon modelini təqdim edib. Sözügedən smartfon Poco X3 NFC modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdır. Beləliklə Poco X3 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 6 qoruyucu şüşəsi ilə də əhatə olunub.

Əsas texniki özəlliklərə gəldikdə isə Poco X3 Pro modeli Snapdragon 860 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 2 MP (makroobyektiv) + 2 MP dördlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Şirkətin verdiyi məlumata əsasən bu cür sürətli şarj texnologiyası sayəsində smartfon 100% enerjini 59 dəqiqəyə yığır. Bununla yanaşı Poco X3 Pro stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modulu da özündə birləşdirir. Smartfon 24 mart tarixində satışa çıxacaq. 6 GB RAM və 128 GB yaddaşa sahib model 249 avroya, 8 GB RAM və 256 GB yaddaşa sahib model isə 299 avroya satılacaq.

Milli.Az


Etiketlər:  Poco brendi Poco X3 Pro nu təqdim edib QİYMƏTİ


RƏYLƏR