Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni zəka sistemi uşaqlarda autizm xəstəliyini təyin edə bilir

Süni zəka sistemi uşaqlarda autizm xəstəliyini təyin edə bilir

Tarix: 25 Mart 2021 23:21

Uşaqlarda autizm xəstəliyinin diaqnostikası çox qəliz prosesdir. Bu proses bir sıra problemlərlə birləşir və həmin problemlər həmçinin uşaqların valideynlərini də əhatə edirlər. Bir neçə müddət bundan öncə isə autizmin təyin olunması üçün nəzərdə tutulmuş yeni üsul ortaya çıxıb. Sözügedən yeni üsul machine learning və süni zəka texnologiyalarını özündə birləşdirir. Rəsmi məlumatlara əsasən Honkonqda autizmin diaqnostikası və onun təyin olunması prosesləri 80 həftə çəkir. Bütün bu müddət ərzində uşaqlar ixtisaslı psixoloq yardımı əldə edə bilərdilər.

Lakin bürokratiyada olan bir sıra boşluqlar və digər problemlər səbəbilə uşaqların səhhətləri daha da pisləşirlər. Bundan əlavə olaraq valideynlər son ana qədər təyin edilmiş diaqnoza inanmaqdan vaz keçirlər və bu problemi görməzdən gəlirlər. Honkonqda yerləşən Çin Universitetinin professorlarından birinin sözlərinə əsasən gözün skan olunmasına əsaslanan yeni üsul təhlükəli xəstəliyin təyin edilməsi prosesini sürətləndirəcək. Bu isə öz növbəsində xəstəliyin ilkin vaxtlarında müalicə prosesinə keçid etməyə imkan vercək. Belə ki, xəstəliyin ilkin mərhələsində müalicə prosesi daha asan şəraitdə keçir.

Yeni üsul machine learning sistemi əsasında hazırlanmış proqram təminatı vasitəsilə çalışan yüksək keyfiyyətli kamera sensoruna əsaslanır. Machine learning sistemi gözdəki liflərin layları və qan damarları kimi bir sıra faktorları analiz edir. Bu texnologiya hətta xəstəliyə meylli olan və ya autizmin simptomlarına hələ sahib olmayan uşaqları da təyin etməyi bacarır. Yaradılmış yeni elektron aparat artıq elmi cəmiyyət tərəfindən bəyənilib. Təcrübə çərçivəsində də mütəxəssislər yeni texnologiyanın effektivliyini təsdiqləyiblər. Belə ki, təcrübədə 70 nəfər uşaq iştirak edib və sözügedən texnologiya 95.7%-lik dəqiqliklə autizm diaqnozunu təyin etməyi bacarıb. Bu isə adi psixiatrın müşahidələrindən daha yüksək göstəricidir.


Etiketlər:  Süni zəka sistemi uşaqlarda autizm xəstəliyini təyin edə bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ