Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 09:56
"Koronavirus pandemiyası qlobal iqtisadiyyata, cəmiyyətin ən həssas sahələrinə təsir edərək, son 90 ilin ən böyük tənəzzülünü yaşatdı. Bu səbəbdən Davamlı İnkişaf Məqsədlərinə çatmaq 10 ilə qədər ləngiyə bilər".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin cümə axşamı yayımladığı hesabatda bildirilib.
Hesabatda qeyd edilib ki, pandemiya dövlətlərin qeyri-bərabər inkişafına səbəb olub: Böhran səbəbindən, təxminən 114 milyon insan işini itirdi, 120 milyon insan yenidən yoxsulluq həddinə düşdü. İqtisadiyyatın stimullaşdırılması və bərpası üçün rekord miqdarda 16 trilyon dollar xərcləndi. Bu məbləğin 20% -dən azı inkişaf etməkdə olan ölkələrin payına düşdü".
Hesabata görə, 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvəndin tətbiqi 38 ölkədə həyata keçirilib ki, bunlardan da yalnız 9-u inkişaf etməkdə olan ölkələrdir.
Qeyd edilib ki, dünyanın ən kasıb ölkələrindəki vəziyyət dərindən narahatlıq doğurur. Bunun qarşısını almaq üçün BMT təcili tədbirlərin görülməsinə çağırış edib.