Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək nevrozu

Ürək nevrozu

Tarix: 27 Mart 2021 08:12

Daxili xəstəliklər klinikasında bir sıra böyük patologiyalar vardır ki, onlar fiziki və emosional təsirlərə fərqli reaksiyalar verirlər, uzun gedişli və müalicəyə çətin tabe olurlar. Ürək damar sistemində baş verən belə pozğunluqlar ümüumi adda neyrosirkulyator distoniya kimi məlumdur. El arasında bu xəstəliyə ürək nevrozu, vegetativ damar distoniyası da adlandırırlar. Xəstəlik əmək qabiliyyətli əhali arasında rast gəlməklə qadınlar, xüsusilə də cavanlar arasında geniş yayılmışdır.

Etiologiyası: Bu xəstəlik haqda neyrogen, endokrin, vegetativ disfunksiya və infeksoin kimi nəzəriyyələr mövcuddur.
Neyrosirkulyator distoniya ürək qan damar sisteminin pozğunluğu ilə özünü göstərən nevroz kimi qəbul edilir. Alinlərin fikrincə müxtəlis stresslərin təsiriondən qarşılıql olaraq daxili orqanlarınpozulması nəticəsində neyrosirkulyator distoniya yəni ürək nevrozu baş verir
Lakin həyati praktika göstərir ki psixi travmalar nəticəsində bu xəstəlik daha çox baş verir.
Patogenezi: Xəstəliyin patogenezində vegetatuv sinir sistemi böyük rol oynayır. Xəstəliyin patogenezində endokrin sistemin pozğunluğu da pol oynayır.
Ürək nevrozu əksər hallarda cinsi yetkinlik, hamiləlik, menopauza zamanı meydana gəlir. Son illərin araşdırmaları gğstərir ki menstruasiya zamanı analıq dövrünün xüsisiyyətləri,eləcə dəqanda estrogenlərin artması nəticəsində də neyroskulyator distoniyabaş verir.
Kişilərdə cinsiyyət vəzilərin funksiyasının azalması və cinsi zəiflik hallarının artması zamanı ürək qan damar sisteminin pozğunluqlarında disbalansın rolu da bu xəstəliyin əmələgəlmə sbəblərindən biridir.
Etiologiyasına görə aşağıdakı növləri var:
1 Nevrotik
2 infeksion toksiki
3 dishormonal
4 fiziki gərginliyin artması:
5 qarışıq
6 irsi
7 fiziki və peşə amilləri
Klinikası NSD xəstəliyinin başlıca xüsusiyyəti simptom və əlamətlərin çox olmasıdır.Xəstələrdə ümumi zəiflik , halsızlıq, tez yorulma, tez həyəcanlanma, narahatlıq hədsiz dərəcədə həssas olma kimi əlamətlər olurXəstələrin qəfildən yanaqları qızırır, onlar özlərini sanki od tutub yanan adam kimi hiss edirlər .Daima narahatlıq içində yaşayırlar.
NSD xəstəliyini simptomlarına görə iki əsas qrupa ayırmaq daha məqsədəuyğundur
1 Yerli və ya qrək damar sisteminə aid əlamətlər
2 Xəstənin psixikasına adid nevroloji əlamətlər.
Müalicəsi: Xəstəliyin müalicəsi aid olduğu qrupa əsasən təzahür edən əlamətlərinə görə təyin olunur Müalicə xəstədən toplanılan əlamətlərə görə təyın olunur.
Profilaktikası:
-həyat tərzinin normallaşdırılması
-balanslaşdırılmış qida qəbulu
-fiziki aktivliyi artırmaq
-yuxu ilə kifayət qədər təmin olma
-psixi gərginliyi azaltmaq
-bədəndə olan infeksiya ocaqlarını sağaltmaq


Etiketlər:  Ürək nevrozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ