Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 17:45
Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnad diabet xəstələrini maraqlandıran sualları cavablandırıb.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən baş endokinoloqun müshaibəsini təqdim edir:
- Diabet və ya şəkər xəstəliyi haqqında bir az məlumat verə bilərsinizmi?
- Şəkərli diabet insulinin ifrazı, təsiri və ya hər iki problemin bir arada olması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyi hal-hazırda tam müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Xəstə bilməlidir ki, xəstəliyə qarşı pəhriz və müalicə etmədən uzun illər yaşamaq mümkün deyil. Hər bir xəstə ömrünü uzatmaq üçün pəhriz etməli və müntəzəm olaraq müalicə almalıdır.
- Şəkər xəstəliyi insanda necə yaranır?
- Genetik meyil, piylənmə, insulin ifraz edən betta hüceyrələrin zədələnməsinə səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri. Virus infeksiyaları: qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər, sinir sisteminin gərginliyi, stress şəkərli diabetin əmələ gəlmə səbəbləridir.
- Diabetin ilkin göstəriciləri hansılardır?
- Ağızda quruluq, susuzluq, sidiyə tez-tez getmə (xüsusən gecələr), kəskin çəki itirmə, bəzən səbəbsiz çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır.
- Kimlər 2-ci tip diabet üçün risk daşıyır?
Artıq çəkiyə (BKİ> 25 kq/m2)
Birinci və ya ikinci dərəcəli qohumun şəkərli diabet olması;
Hipertoniya (AT> 140/90 mm.c.süt. olan şəxslər və ya antihipertenziv terapiya alan xəstələr);
YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı> 250 mq/dl (2.82 mmol/l);
Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar;
Daha əvvəlki müayinədə A1C> 5.7%, AQP və ya QTP;
İnsulin rezistentliyi ilə əlaqədar olan digər klinik vəziyyətlər (məs., ağır dərəcəli piylənmə, akantokeratodermiya);
Steroid, antipsixotik dərman qəbulu
Orqan transplantasiyası olunan xəstələr
Anamnezdə ÜDX
- Şəkər xəstələri COVID-19 xəstəliyini necə keçirir, hansı riskləri var?
- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.
- Şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?
- Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.