Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 20:06
Ağdamın ermənilər tərəfindən işğalından illər sonra - 2010-cu ildə çəkilmiş görüntüləri yayımlanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.
Baş konsul videoya yazdığı şərhində bildirib ki, 2010-cu ildə ABŞ-dan Ağdama gələn erməni gənclər azərbaycanlıların dağıdılmış evləri ilə lovğalanırlar:
"1993-cü ildə Ermənistanın Ağdamı işğal etməsi ilə 130 min azərbaycanlı zorla didərgin salındı. Ağdam şəhəri və onun kəndləri işğal illərində tamamilə məhv edildi".