Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pomidorun qiyməti ucuzlaşır

Pomidorun qiyməti ucuzlaşır

Tarix: 26 Iyul 2019 18:00

Bakı. İlhamə İsabalayeva – Trend:

Əvvəlcədən proqnozlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.

Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, müşahidələrə əsasən pomidorların qiymətinin 20 faizdən çox ucuzlaşıb:

“Qiymətin aşağı düşməsi açıq sahələrdə yetişdirilən pomidorların bazara kütləvi şəkildə çıxarılmağa başlanılması ilə bağlıdır. Məlum olduğu kimi, hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikirdi. Son günlər havaların nisbətən əlverişli keçməsi açıq sahələrdə məhsul yetişməsini sürətləndirib və bazara məhsul təklifi artıb. Belə ki, ənənəvi pomidor istehsalçısı olan Xaçmazdan son günlər ərzində paytaxt Bakıya və digər şəhərlərə gətirilən məhsulun miqdarında əhəmiyyətli artım müşahidə olunur. Növbəti mərhələdə daha çox sahə pomidorlarının bazara çıxarılacağı gözlənilir. Buna görə pomidorun qiymətinin daha da ucuzlaşacağı istisna edilmir”.

V.Bayramov qeyd edib ki, bu il hava şəraiti ilə əlaqədar açıq sahədə əkilən pomidorun yığımı ləngimişdi. Buna görə də pomidorun qiymətində artım müşahidə edilmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Pomidorun qiyməti ucuzlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ