Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Wikipedi məlumatların paylaşılması müqabilində ödəniş tələb edəcək

Wikipedi məlumatların paylaşılması müqabilində ödəniş tələb edəcək

Tarix: 27 Mart 2021 23:40

İnternetin "pulsuz ensiklopediyası" olan Wikipedia, axtardığınız hər hansı bir hadisə, şəxs, müəssisə və ya məhsul haqqında məlumat verə bilir. Google, Amazon, Apple kimi şirkətlər "Wikipedia"nın etibarlı bir məlumat mənbəyi olduğunu düşünərək əvvəlcə axtarış sistemlərində və ya səs köməkçilərində axtarılan bir söz və ya söz üçün Wikipedia arxivini araşdırırlar.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, paylaşılan məlumatlara görə, "Wikipedia"nın arxasındakı təşkilat olan Wikimedia Foundation, Wikipedia üçün texnologiya nəhənglərinə pullu bir xidmət təqdim edəcək "Wikimedia Enterprise" adlı yeni bir müəssisə qurur.

Wikimedia Enterprise hər gün milyonlarla istifadəçiyə Wikipedia məzmunu təqdim edən Google, Facebook, Apple və Amazon kimi şirkətlər üçün ödənişli ticarət məhsulu təqdim edəcəkdir. Fərdi istifadəçilər üçün çox şeyin dəyişməsi gözlənilmir, internetin pulsuz ensiklopediyası pulsuz olaraq davam etdiriləcəkdir. Dəyişiklik, istifadəçilərinə daha yaxşı bir təcrübə təklif edən və Wikipedia ilə gəlirlərini artıran texnoloji nəhənglər üçündür.


Etiketlər:  Wikipedi məlumatların paylaşılması müqabilində ödəniş tələb edəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ