Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın hərbi strategiyası: Hər an başlaya bilər!

Ukraynanın hərbi strategiyası: Hər an başlaya bilər!

Tarix: 28 Mart 2021 11:06

Rusiya ilə müharibə vəziyyətində Ukraynanın yeni strategiyası ortaya çıxıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri yazıb.

"Strategiyada qarşıdurmanın alqoritmi maraqlı şəkildə təsvir edilib. O, Ukraynanın təcavüzə məruz qalmasına cavabla başlayır. Yəni birbaşa düşmənin Ukraynanın dövlət sərhədini pozması lazım olduğunu demir", - məqalədə bildirilib.

Strategiyaya əsasən, Ukrayna ərazisinə xaricdən silahlı müdaxilə olduqda ordu və xüsusi təyinatlı qüvvələrin iştirakına icazə verilir.

"Bu da o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri hər an nəzarətsiz ərazilərdə və oradakı rus qoşunlarına qarşı hərbi əməliyyat keçirə bilər", - nəşr bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Prezident Zelenski Ukraynanın hərbi strategiyasını təsdiq edib. Bu, müstəqillik illərində qəbul edilən ilk hərbi strategiyadır.


Etiketlər:  Ukraynanın hərbi strategiyası Hər başlaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ