Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 12:50
İranın ali dini rəhbəri Ayətullah Xamenei 12 Fərvərdin İslam Respublikası günü münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərlə bağlı həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramlarla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1849 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.