Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 07:24
Fransanın Malidə hava hücumu zamanı 19 mülki sakinin ölümünə səbəb olduğu bildirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin martın 30-da dərc edilmiş hesabatında yazılıb. BMT-nin Malidəki (Minusma) Missiyasının insan hüquqları bölməsinin hesabatında bildirilib ki, hava hücumu olan yerdə toy mərasiminə toplaşmış yüzlərlə mülki sakin arasında "Katiba Serma" qrupunun üzvü ehtimal olunan 5 nəfər silahlı olub. Hücuma məruz qalan toplumun əksəriyyəti mülki sakinlər olub. Mülki sakinlər beynəlxalq hümanitar hüquqla hücumdan müdafiə olunan kateqoriyadır. Toy mərasiminə hücum zamanı ən azında 22 mülki sakinin öldüyü diqqətə çatdırılıb.
Fransa Müdafiə Nazirliyi BMT-nin hesabatı işıq üzü görən kimi yazılanları təkzib edib. BMT-nin bu təhqiqatına çox saylı "qeydlər" yazılıb. Nazirlik açıqlamasında fransız silahlı qüvvələrinin yanvarın 3-də silahlı terror qrupunu hədəfə alan hava hücumu təşkil etdiyini israrla bildirib. Fransa dövləti qəbul edilmiş metodologiya ilə bağlı da bir sıra qeyd-şərtlərini ifadə edib.
Minusma öz növbəsində Mali və Fransaya müstəqil, etibarlı və şəffaf araşdırma aparmağı tövsiyyə edib. Həmçinin, hücumdan əvvəlki prosessi yaxından təhlil etməyi, fransızlara və malililərə məsuliyyəti müəyyən etməyə və qurbanlara, eləcə də onların yaxınlarına təzminat ödəməyi məsləhət görüb.