Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 10:40
İtaliya polisi tərəfindən 7 ildir axtarılan qanqster "YouTube" platforması sayəsində ələ keçirilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İtaliyanın ən güclü mafiya təşkilatı "Ndrangheta"nın üzvü kimi tanınan, 53 yaşlı Mark Feren Klod Biartın yemək kanalında videosu təsbit edilib. Üzünü gizlədən Biartın şəxsiyyəti onun qolundakı döymələr sayəsində müəyyən edilib. Onun Dominik Respublikasındakı Boka Çika qəsəbəsində sakit həyat yaşadığı məlum olub.
2014-cü ildən bu yana narkotik qaçaqmalçılığı səbəbilə axtarılan şəxs polis tərəfindən həbs edilib.