Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan MDB-də buna görə liderdir - VİDEO

Azərbaycan MDB-də buna görə liderdir - VİDEO

Tarix: 1 Aprel 2021 11:34

Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Ölkəmiz peyvənd olunmuş əhali faizinə görə MDB məkanında liderdir. Indiyədək ölkəmizdə yarım milyondan çox insan vaksinasiyadan keçib.

Azərbaycan peyvənd olunmuş əhali faizinə görə MBD məkanında liderdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkənin baş infeksionisti Təyyar Eyvazovun dediyinə görə, koronavirus yayılandan bəri Azərbaycan höküməti infeksiyanin daha çox yayılmasının qarşısının alınması üçün ciddi və təxirəsalınmaz addımlar atıb.

Təyyar Eyvazov bildirib ki , ölkəmiz qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir.

Təyyar Eyvazov bildirib ki,  vaksinasiyanın məqsədi yoluxma hallarının əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir.

Milli.Az


Etiketlər:  Azərbaycan MDB buna görə liderdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ