Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 15:40
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, icbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaşların hansı proseduru keçməli olduğunu araşdırıb.
İlk növbədə aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət edilməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və həkim tibb məntəqələri aiddir.
Daha sonra bu müəssisələrdə çalışan ailə həkimləri xəstəni müalicə və müayinə edirlər. Ehtiyac olduqda diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi ilə təmin edirlər.
Xidmətlər zərfinə bunlar daxildir:
Xidmətlər zərfində olan, lakin TƏBİB-in nəzdindəki tibb müəssisəsində göstərilməsi mümükün olmayan tibbi xidmətlər üçün göndəriş vərəqəsi verilir. Bu vərəqənin etibarlılıq müddəti 10 iş gündür və həmin vərəqə TƏBİB-in nəzdindəki tibb müəssisəsi tərəfindən verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində göndəriş vərəqəsi ilə tibbi xidmət almaq mümkündür.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində bu gündən tətbiq olunan icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:
Qeyd edək ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin tam siyahısına BURADAN baxa bilərsiniz.