Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 09:06
İnternetdə “Microsoft” korporasiyası və ABŞ-ın Müdafiə Nazirliyi arasında razılaşma əldə olunması barədə informasiya yayılıb. Məlumata görə, sonuncu İT nəhəngindən “HoloLens” texnologiyasına əsaslanan təxminən 120 min qarışıq reallıq şlemi satın alacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, məlumata görə, ABŞ ordusunun 100 mindən çox cihazla təchizi 9 il ərzində həyata keçiriləcək.
ABŞ ordusu və “Microsoft” arasında imzalanmış müqavilə bundan əvvəl keçirilmiş tenderin nəticəsi olub. Qeyd edək ki, bu, ABŞ korporasiyasının ilk belə təşəbbüsü deyil.
Emil Hüseynov