Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 13:10
Moldovada mayın 30-dək elan edilmiş fövqəladə vəziyyət çərçivəsində yeni növ koronavirusa qarşı tədbirlər sərtləşdirilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qərara əsasən, ölkədəki parklar, oyun meydançaları və idman zalları, istirahət mərkəzləri bağlanıb, mitinqlər və müxtəlif mərasimlər qadağan edilib.
Paytaxt Kişinyov və Beltsı şəhərlərində saat 23:00-05:00 arasında komendant saatı tətbiq edilsə də, ölkədəki dövlət qurumları, özəl şirkətlərin işçilərinin yüzdə 70-i onlayn iş rejiminə keçib.
Məktəblər fəaliyyətinə distant təhsil üzrə davam edəcək, bağçalar işləyəcək.
Bundan əlavə, qərara görə, Moldovanın Qaqauz Muxtar Bölgəsində 16 mayda keçiriləcək Xalq Məclisi seçkiləri təxirə salınıb.