Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 küçədə avtobus zolaqları çəkilib

7 küçədə avtobus zolaqları çəkilib

Tarix: 2 Aprel 2021 17:30

Bakı Nəqliyyat Agentliyi 7 küçə və prosopektdə xüsusi avtobus zolaqlarının təşkilini yekunlaşıb.

Agentliyin mətbuat katibi Mais Ağayev Milli.Az-a açıqlamasında bildirib ki, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür: "Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Ümumilikdə 10 küçə və prospektdə xüsusi zolaqlar yaradılacaq. Zolaqların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir.

Milli.Az


Etiketlər:  küçədə avtobus zolaqları çəkilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ