Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 23:33
60 yaşdan yuxarı və ahıl insanların qidalanmasında kəskin və qəfil dietalar, imtinalar olmamalıdır. Onlar adət etdikləri qidalanmadan çox kənara çıxmamalıdır.
Sonxeber.net xəbər verir ki, dietoloq Aleksey Kovalkov yaşlılarda ekstremal təcrübələrin acı fəsadlar verəcəyini bildirib.
"Yaşlı ata-ana, nənə-babanızı öz pəhrizlərinizə cəlb etməyin. Tutaq ki, siz onların sağlamlığını düşünərək şəkəri rasiondan çıxardınız. Bu zaman yaşlı insanda psixoloji stress baş verir. Şəkərsizliyə ürək və beyin dözməyəcək, qanda qlükoza kəskin enəcək, hətta ürək dayanıb ölümə də səbəb ola bilər. Ona görə doğmalarınız üzərində eksperimentlər aparmayın.
Mütləq yaşlı insanlarda 6 aydan bir qanda şəkər, insilin, dəmir, D vitamini, hormonlar, xolesterin, triqliseridlər yoxlanmalıdır.
Onlara yüngül fiziki hərəkətlər və yürüş kifayət edir. Qidalanmaları isə əvvəlki tərzdə, lakin az miqdarda olsun". /medicina.az