Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 14:44
UEFA Avro-2020-nin azarkeşlərin iştirakı ilə keçirilməsi ilə bağlı planların təqdim edilməsi üçün ev sahibi olan ölkələrə vaxt qoyub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında deyib. Yarışa azarkeşlərin buraxılacağına inandığını deyən Kox məsələ ilə əlaqədar bildirib:
"Bu vəziyyət risklidir. Amma azarkeşlərin oyunlara buraxılmasına razılıq verən ölkələr bu məsuliyyəti öz üzərlərinə götürürlər. Hansı stadionlardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibiliyi edəcək şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var".
Qeyd edək ki, 11 iyun - 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.