Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2021 18:40
Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Can Kökçü koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, bildirib: "Təəsüf ki, koronovirus testimin cavabları müsbət çıxdı. Ən qısa zamanda meydanlara qayıdacağıma ümid edirəm".
Bununla da Türkiyə millisinin tərkibində koronavirusa yoluxanların sayı 16-ya çatıb. Onlardan 13-ü futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür. Yığmada daha əvvəl yoluxan 12 oyunçu arasında İrfan Can Kahveci, Nazım Sangare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman,Dorukhan Toköz, Taylan Antalyalı, Yusuf Yazıcı və Çağlar Söyüncü var.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.