Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bilirdik ki, “Neftçi” imkan verəcək” - Ayxan Abbasov

“Bilirdik ki, “Neftçi” imkan verəcək” - Ayxan Abbasov

Tarix: 4 Aprel 2021 19:36

"Əlbəttə, bizi çətin oyun gözlədiyini bilirdik. Çempionatın iki lideri var".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, Premyer Liqanın XXI turunun "Neftçi" ilə oyunundakı 2:0 hesablı qələbəni şərh edib: "Bizim üçün xal önəmli idi. Çünki aşağıdakılar bizə çatırdı. Vaxtımız az idi. Oyunçularımız millidə idi. Rəqibi analiz etmişdik. Son iki turda onların erkən qollar vurması və məhsuldarlığı diqqətimizi çəkmişdi. Boşluqları bilirdik. Bunu aşılamışdıq. Bilirdik ki, rəqib imkan verəcək. Biz də bunları qola çevirdik. Finişə yaxınlaşırıq, 7 tur qalıb".

Abbasov Azərbaycan millisindəki bəzi legionerlərin himni oxumamasına da münasibət bildirib: "Biz bu ölkənin formasını geyiniriksə, məsuliyyətini dərk etməli vətənpərvərlik göstərməlidir. Bu futbolçulardan çox, texniki işçilərin işidir. Başa salmalı, öyrətməlidir. Bildiyimə görə Anton Krivotsyuk oxuyur. İstəsək, buna nail olarıq. Təbliğat aparmalıyıq. Milli forma veirirksə, tələbimiz də olmalıdır. Himni oxumalıyıq".

Gənc mütəxəssis yığma və oradakı təmsilçilərindən də danışıb: "Milli uduzandan sonra 10-12 nəfər bu günü gözləyirmiş kimi ortaya çıxır. Məğlubiyyətə pis oluruq. Mən futbolçularımıza inanıram. Xəyal Nəcəfova da şans versəydilər, yaxşı oynayardı. Millidə rəqabət olur. "Neftçi" fasilədən əvvəl yaxşı formada idi. Bu gün isə bizim aqressiya daha çox idi. Elə komanda var ki, onu uda bilmirik, eləsi var ki əksinə".

Milli.Az


Etiketlər:  Bilirdik ki Neftçi imkan verəcək Ayxan Abbasov


RƏYLƏR