Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada gizli işləyən kafe aşkarlandı, 7 nəfər cərimələndi

Qubada gizli işləyən kafe aşkarlandı, 7 nəfər cərimələndi

Tarix: 5 Aprel 2021 15:16

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan 6 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Milli.Az


Etiketlər:  Qubada gizli işləyən kafe aşkarlandı 7 nəfər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ