Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 19:48
Varlı ölkələr dünyada istehsal olunan vaksinin 60 faizini satın alıb və bu, inkişaf etməkdə olan ölkələrdə preparatların çatışmazlığına səbəb olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ xarici siyasət idarəsinin rəsmi saytında yerləşdirilən müsahibədə deyib.
Qurum rəhbərinin sözlərinə görə, dünyada "vaksin millətçiliyi" güclənib. Dünya əhalisinin 16 faizinin yaşadığı varlı ölkələr istehsal olunan vaksinlərin 60 faizini alıb. İnkişaf etmiş bəzi ölkələr isə əhalisinin sayını üç-dörd dəfə üstələyəcək miqdarda vaksin sifariş edib.
"İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya tempindəki bu uçurum hazırda təəssüf doğuracaq reallıqdır", - deyə Van İ bildirib.
Siyasətçi qeyd edib ki, Çin vaksin əldə etmək üçün 80-dən çox ölkəyə kömək göstərib, həmçinin 40-dan çox ölkəyə bu preparatların kommersiya çatdırılmasını həyata keçirib. ÇXR, eyni zamanda, koronavirus əleyhinə vaksinin hazırlanması üzrə 10 ölkə ilə əməkdaşlıq edir, bütün dünyada onların istehsalı və paylanması üzrə regional mərkəzlər açmağı planlaşdırır.