Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 10:46
5 il əvvəl Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 4 günlük Aprel döyüşləri Qarabağa gedən yolumuzun önünü açdı.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, döyüşlərin canlı şahidi, xüsusi təyinatlıların ehtiyatda olan zabiti Əhliyət Mehdiyevin sözlərinə görə, Azərbaycan ordusunun nəyə qadir olduğunu Ermənistanın hərbi və siyasi rəhbərliyi cəmi 4 gün ərzində gördülər.
Qeyd edək ki, Aprel döyüşündə şanlı Azərbaycan ordusu 4 gün ərzində düşmənin 320-dən artıq canlı qüvvəsini məhv etdi, 500-dən artığını yaraladı, 30-dək tankı və digər zirehli texnikasını, 25-dən artıq artilleriya qurğusunu sıradan çıxardı.
Əhliyət Mehdiyev deyir ki, cəmi 4 gündə Ermənistanın 21 postunu məhv etməklə, ordumuz üçün əhəmiyyətli bir neçə yüksəklik də ələ keçirildi. Həmin yüsəkliklər ələ keçirildikdən sonra Tapqaraqoyunlu kəndi və digər yaşayış məntəqələrimiz düşmən atəşindən qorundu.
Aprel döyüşlərindən sonra hər keçən gün güclənən və yenilənən Azərbaycan ordusu ötən il sentyabrın 27-də başlanmış Vətən müharibəsi ilə 44 gündə ərazi bütövlüyümüzü bərpa etdi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: