Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 18:08
Yoluxma və ölənlərin sayının artması narahatedicidir. Vəziyyət belə davam etsə, yenidən qapanmaya gedilə, SMS-icazə sistemi tətbiq edilə bilər. Buna görə vətəndaşların vaksinasiya prosesinə cəlb edilməsi üçün daha effektiv işlər görmək lazımdır.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, mövcud vəziyyətlə əlaqədar hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər peyvənd olunan şəxslərə şamil olunmaya bilər:
"Təəssüf ki, hazırda vəziyyət ciddidir. Yoluxanların sayından əlavə günlük ölüm sayı da öncəki vaxtlara nəzərən artmaqdadır. Təəssüf ki, gözləri qarşısında baş verən bu vəziyyətə baxmayaraq, hələ də laqeydlik göstərənlər var. Görünür, insanların vaksinləşmə ilə bağlı inam problemi mövcuddur.
Düşünürəm, qarşıdakı günlərdə hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, qadağalar hamıya şamil olunmamalıdır. Yəni əvvəlcədən yoluxub sağalan və ya vaksin olunan şəxslərin hamı ilə bərabər evdə qalması məntiqli deyil. Bu, iqtisadiyyat üçün də ciddi problem yarada bilər. Vaksin olunan şəxsləri SMS-lə evdən çıxmaq kimi qadağalardan azad etmək olar. Bu şəxslər hər halda vətəndaş məsuliyyətini dərk edən və qaydalara riayət edən şəxslərdir".