Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisinə məxsus əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi?

Vergiödəyicisinə məxsus əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi?

Tarix: 7 Aprel 2021 23:06

Vergiödəyicisinə məxsus olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, vergiödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə məcəllənin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunur.

Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən, malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda, həmin malların alıcısı olan vergiödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Etiketlər:  Vergiödəyicisinə məxsus əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ