Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda kütləvi tədbirlər üçün məkanın kirayə verilməsi qadağan olunub

Gürcüstanda kütləvi tədbirlər üçün məkanın kirayə verilməsi qadağan olunub

Tarix: 9 Aprel 2021 20:12

Gürcüstanda toy, yubiley, şənlik, yas və bu kimi digər kütləvi mərasimlərin keçirilməsi üçün məkanların kirayəyə verilməsi qadağan olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərarda deyilir ki, təcrid, özünütəcrid və karantin qaydalarına edilən dəyişikliklərə əsasən, icarəçi məkanı icarəyə verərkən icarədarla müqavilə imzalamalı olacaq. Sənədə icarədara məkanda kütləvi tədbirləri keçirməyi qadağan edən bənd əlavə olunacaq.

Qeyd edək ki, ölkədə pandemiya səbəbindən 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi mərasimlərə də qadağa qoyulub.


Etiketlər:  Gürcüstanda kütləvi tədbirlər üçün məkanın kirayə verilməsi qadağan olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ