Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb işçisi paltarında COVID-19 xəstəsini qarət ediblər

Tibb işçisi paltarında COVID-19 xəstəsini qarət ediblər

Tarix: 10 Aprel 2021 08:34

Fransanın paytaxtı Paris yaxınlığında yaşayan və koronavirusa yoluxduğu üçün özünü evə təcrid edən 53 yaşlı bir kişi oğurluq faktının qurbanına çevrilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun evinə soyğunçular girib. Hətta cinayətkarlardan biri tibb işçisi kimi geyinərək zərərçəkmişi aldadıb.

Evə gələnlər 53 yaşlı kişinin əl-qolunu bağlayaraq, evdə olan pulların yerini göstərməsini tələb ediblər. Mənzil sahibi cinayətkarların tələbini yerinə yetirib. Hadisə yerini tərk edərkən onlar bütün mebelləri antiseptik maddə ilə də siliblər.

Hadisə nəticəsində zərərçəkmişə dəymiş ziyan hələ dəqiqləşdirilməyib. İlkin məlumata görə, oğurlanmış zinət əşyalarının, eləcə də bahalı gümüş və dəridən işlənmiş əşyaların dəyəri təxminən 300 min avrodur.

Milli.Az


Etiketlər:  Tibb işçisi paltarında COVID xəstəsini qarət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ