Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanların texnologiyalara inam səviyyələri rekord həddə aşağı düşüb

İnsanların texnologiyalara inam səviyyələri rekord həddə aşağı düşüb

Tarix: 10 Aprel 2021 20:12

Edelman-ın etimad barometrində (Edelman Trust Barometer) dəyişikliklər baş verib. Qeyd etmək lazımdır ki, bu barometr Edelman adlı konsaltinq agentliyi tərəfindən yaradılıb və o, mütəmadi olaraq dünyanın 27 ölkəsi üzrə müəyyən mövzular üzrə tədqiqatlar aparır. Agentlik tərəfindən aparılmış yeni tədqiqata əsasən isə istifadəçilər texnologiyalara daha az etimad bəsləməyə başlayıblar. Tarixdə ilk dəfə tədqiq olunan 27 ölkədən 17-də bu etimad səviyyəsi rekord həddə aşağı olub.

Məlumatda qeyd edilib ki, ABŞ vətəndaşlarının prioritetli saydıqları və etimad etdikləri sahələr dəb, əyləncə və pərakəndə satışdır. Etimad səviyyəsinə görə 2020-ci ildə texnologiyalar birinci yerdə idisə, 2021-ci ildə sözügedən sahə 9-cu pilləyə enib. Bundan əlavə olaraq Edelman-ın etimad reytinqinin müşahidə edildiyi 11 ölkədə rekord həddə aşağı göstəricilər 2020-cilin may ayından 2021-ci ilin yanvar ayına kimi olan müddətdə təyin edilib.

2016-cı ildə 22 ölkədən 20-də texnologiyalara ən yüksək etimad var idisə, indi bu sahəyə yalnız 7 ölkə üstünlük verir. Onların arasında İtaliya, Argentina, Braziliya, Cənubi Koreya, İndoneziya və Hindistan var. Analitiklərin fikirlərinə əsasən pandemiya zamanı texnologiyalar insanlar arasında ünsiyyətin qorunub saxlanmasında vacib rol oynasalar da, onlar həmçinin virus və vaksinasiya ilə bağlı irimiqyaslı dezinformasiyanın mənbəyi kimi də çıxış ediblər.Bu səbəbdən də insanlar texnologiyalara daha az inanmağa başlayıblar.


Etiketlər:  İnsanların texnologiyalara inam səviyyələri rekord həddə aşağı düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ