Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antitel həkimlərdə 9, evdar qadınlarda isə 3 ay qalır

Antitel həkimlərdə 9, evdar qadınlarda isə 3 ay qalır

Tarix: 11 Aprel 2021 18:42

Türkiyədə COVID-19 infeksiyasına yoluxub sağalmış insanların qanında antitelin hansı müddətə qədər qaldığını müəyyənləşdirmək üçün xüsusi elmi araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, bu azara yoluxub sağalmış həkimlərin qanında antitel ən azı 9 ay mövcud olduğu halda, evdar qadınlar 3 aydan sonra bu müdafiədən məhrum olurlar.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində çalışan və iş prosesində koronavirusa yoluxan 123 tibb işçisinin antitel səviyyəsi ilə bağlı araşdırmanın nəticəsi açıqlanıb. Nəticəyə görə, koronovirusa yoluxmuş səhiyyə işçilərində ən yüksək antitel səviyyəsi 4-6-cı həftələrdə qeydə alınıb. Altıncı aydan etibarən antitel səviyyəsi düşməyə başlayıb. Bununla belə, xəstəliyi ağır keçirən və reanimasiyaya düşən həkimlərdə antitel müdafiəsinin 9-12 ay arasında aktiv olduğu müyyənləşdirilib. Maraqlıdır ki, xəstəxananın logistika və inzibati işləri ilə məşğul olan, eləcə də yeməkxanasında çalışan işçilərdə isə antitel 6-cı ayda tamamilə yoxa çıxıb.

Cərrahpaşa Tibb fakültəsinin Mikrobiologiya bölməsinin əməkdaşı, doktor Yeşim Tuyji Tok bildirib ki, pasiyent xəstəliyi nə qədər ağır keçirərsə, onun qanında antitel də bir o qədər uzun müddət qalır:

"Araşdırmamız göstərdi ki, xəstəliyi ağır formada keçirən həkimlərimizdə antitel bir ilə qədər mövcud olur. Halbuki, evdar qadınlarda bu müddət cəmi 3 aydır. Anesteziologiya, reanimasiya və təcili yardımda çalışan tibb işçilərində antitel müdafiəsinin daha uzun müddət qaldığını müəyyənləşdirdik".

Həkim COVID-19-u yüngül formada keçirən insanlara xəbərdarlıq da edib:

"Koronavirusu ağır formada keçirən bir həkimimizdə aradan keçən 1 il ərzində antitel səviyyəsinin yüksək olduğunu müəyyənləşdirdik. Ancaq bu vəziyyət hamı üçün eyni deyil. Araşdırmamız təsdiqlədi ki, xəstəlikdən sonra antitel müdafiəsi orta hesabla 5-6 aydan artıq qalmır. Odur ki, xəstəliyi yüngül formada keçirənlər "artıq koronavirusa tutulub sağalmışam, mənə bir il heç nə olmaz deməsinlər. Çünki bir neçə aydan sonra yenidən COVID-19-a yoluxa bilərlər".


Etiketlər:  Antitel həkimlərdə evdar qadınlarda isə qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ