Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-də okeanların zibildən təmizlənməsi üzrə yeni təşəbbüs irəli sürülüb

BMT-də okeanların zibildən təmizlənməsi üzrə yeni təşəbbüs irəli sürülüb

Tarix: 12 Aprel 2021 21:14

Bir çox inkişaf etməkdə olan ölkələrin sahilləri plastik şüşələr, balıq tutmaq üçün ləvazimatlar və müxtəlif növ paketlərlə doludur. Pandemiya dövründə bu zibil dağları birdəfəlik maskalar və əlcəklərlə daha da böyüyür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə BMT-nin sistem təsisatları dənizlərin zibillənməsinin qarşısının alınmasına və okeanların təmizlənməsinə dair yeni təşəbbüs irəli sürüblər.

Yeni layihə çərçivəsində yoxsul ölkələrin limanlarında kifayət qədər tullantı toplama qurğularının mövcudluğu yoxlanılacaq. Bununla bağlı gəmiçilik və balıqçılıq sektorunun işçiləri məlumatlandırılacaq. Balıq ovu alətlərinin itirildiyi və ya dənizə atıldığı təqdirdə, sahibinin müəyyən edilməsi üçün müvafiq işarələnmə tədbirləri planlaşdırılır.

Hər il biz çaylara və okeanlara 300 milyon ton plastik qab atırıq ki, bu da sonradan mədələrimizədək gəlib çatır. Bu səbəbdən də həm suda, həm də quruda quşlar, balıqlar, heyvanlar məhv olur.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) və 30 ölkə "GloLitter" adlı genişmiqyaslı yeni təşəbbüslərinin dəniz zibilinə qarşı mübarizədə və ərazilərin təmizlənməsində mühüm töhfə verəcəyinə ümid edirlər.

"GloLitter" layihəsi çərçivəsində əsas diqqət dəniz nəqliyyatı və balıqçılıq sektorunda plastik istifadənin azaldılmasına yönəldiləcək. Plastik məhsulların emalı üzrə ən yeni texnologiyalar da tətbiq olunacaq.

"Plastik tullantılar dəniz həyatına və insanların sağlamlığına dağıdıcı təsir göstərir. Bu təşəbbüs okeanların ekosistemindən asılı olanların həyat mənbəyinin qorunması üçün mühüm əhəmiyyətə malikdır", - deyə FAO-nun balıq təsərrüfatı şöbəsinin direktoru Manuel Baranj bildirib.

IMO-nun nümayəndəsi Xose Mateykal hesab edir ki, təcili tədbirlər görülməsə, okeanlar və dənizlər zibil dağları içində boğulacaq. "Dəniz zibili okeanların deyil, bütün planetin bəlasıdır. Mən şadam ki, 30-dan çox ölkə bu təşəbbüsə qoşulub", - deyə X.Mateykal vurğulayıb.


Etiketlər:  okeanların zibildən təmizlənməsi üzrə yeni təşəbbüs irəli sürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ