Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vebkamera görünüşü ilə hər kəsi dəhşətə gətirdi

Bu vebkamera görünüşü ilə hər kəsi dəhşətə gətirdi

Tarix: 13 Aprel 2021 21:20

"Ona sintetik" ət və qaşlarla kirpikləri hərəkət etdirən bir göz bəbəyi yapışdırılıb. Çox qorxunc alınıb.

Yenilik "Eyecam" adlandırılıb. Aşağıdakı videoda onu hərəkətdə görə bilərsiniz. Kamra, gözünü qırpa, baxışlarla duyğuları ötürə bilər. İnsanlar "Eyecam" ovuclarına alanda cihaz hətta bir az şirin görünür.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Eyecam", əslində Saarland Universitetinin İnsan-Kompüter Qarşılıqlı Laboratoriyasında bir tədqiqat layihəsidir. Mark Teissier də daxil olmaqla, elm adamları, cihazların daha çox canlılıq effektinə malik olduğu təqdirdə insanlarla necə əlaqə quracağını anlamağa çalışıblar. Ətrafımızdakı müşahidələr hiss olunacaq dərəcədə olarsa, davranışımız necə dəyişərdi?

"Eyecam"ın yaradılması zamanı tədqiqatçının insan dərisinin xüsusiyyətlərini təkrarlayan "Skin-On" materialından istifadə etməsi ehtimalı var. Material elastik və həssasdır. Süni dərinin səthi müəyyən bölgələrə toxunma, sığallama, çimdikləmə və təzyiq gücünü təyin edir. Bu materialdan Marc Teissier əvvəllər bir smartfon üçün örtük hazırlayıb.  O belə görünür:

Ayrıca, həm rəssam, həm də diş mütəxəssisi Morgan Lebelin ağıllı telefon qutularında yaratdığı tükürpədici  gözlərə və ağızlara diqqət yetirin.

Milli.Az


Etiketlər:  vebkamera görünüşü ilə hər kəsi dəhşətə gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ