Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“LG” şirkətinin “Android” smartfonları 3 il sistem yeniləməsi ilə təchiz ediləcək

“LG” şirkətinin “Android” smartfonları 3 il sistem yeniləməsi ilə təchiz ediləcək

Tarix: 13 Aprel 2021 22:32

Bu günlərdə smartfonlar bazarını tərk etməsini və onların hazırlanması ilə məşğul olan bölmənin bağlanılmasını rəsmən bəyan edən Cənubi Koreyanın "LG" şirkəti əvvəllər buraxılan qurğuların üç il ərzində "Android" əməliyyat sistemi yeniləməsi ilə təchiz ediləcəyini vəd edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Velvet", "Wing" smartfonları, eləcə də 2019-cu ildə və daha sonra buraxılan "G" və "V" seriyalı qurğular buraxılışı ilindən etibarən üç "Android" yeniləməsi ilə təchiz olunacaq. Bundan başqa, 2020-ci ilin bir sıra modelləri, o cümlədən "LG Stylo" və "K" seriyalı qurğular iki sistem yeniləməsi ilə təchiz ediləcək. Məsələn, 2020-ci ildə buraxılan və "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "LG Velvet" smartfonu "Google" şirkətinin mobil əməliyyat sisteminin yeni versiyasının illik buraxılış praktikasını qoruyacağı təqdirdə yaxın gələcəkdə "Android 11", perspektivdə isə "Android 12" və "Android 13" sisteminədək yenilənəcək.

Nizam Nuriyev

Milli.Az


Etiketlər:  LG şirkətinin Android smartfonları 3 il sistem yeniləməsi ilə təchiz ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ