Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 19:38
12 nəhəng klub qarşıdakı bir neçə saat ərzində Avropa Superliqasına qatılmaq üçün rəsmi addım atmağa hazırlaşır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Həmin klublar arasında "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" var. Sözügedən klublar bir müddətdir ki, çempionatın loqosunu hazırlatdırmaq üzərində də işlər görürlər.
UEFA isə belə bir turnririn yaradılmasına qarşıdır. Hətta qitənin ali futbol qurumu bu klublara qarşı sanksiya da tətbiq edə bilər. İddialara görə, klublar növbəti mövsüm Avrokuboklardan kənarlaşdırılacaqlar. Avropa Superliqasının startı isə 2022-ci il üçün planlaşdırılır. Turnirə Fransa və Almaniya təmsilçiləri qatılmayacaq.