Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 11:04
Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.
Sonxeber.net bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı Sonxeber.net-a təsdiqləyib.