Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 16:50
Müğənni Gülay Zeynallı "Günün sədası" verlişində qonaq olarkən sənət yolunun başlanğıcından danışıb.
Sonxeber.net sherg.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə 11 yaşında dövlət tədbiri üçün Fransaya getdiyini söyləyib:
"Sonra işləməyə başladım. Bülbül adına orta ixtisas musiqi məktəbində 8-ci sinifdə oxuyurdum. Birinci dəfə toya gedirdim, gecikdiyim üçün axırıncı dərsdən qaçdım. Məktəbin pilləkənləri də köhnə idi, ona görə oradan üzü aşağı yıxıldım. Toya çatanda gördüm ayağım qanayır. Həmin şənlikdən o zamanın pulu ilə 4 şirvan qonorar aldım. Mən pulumu həmişə ailəm üçün xərcləmişəm. Anam toylara mənimlə gəlirdi. Stabil qiymət 4 şirvan idi, artıq qazananda anamla evə taksi ilə qayıdırdıq. Olmayanda isə dayanacaqda avtobus gözləyirdik. İnsan hər gününə şükür etməlidir".