Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verildi

Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verildi

Tarix: 22 Aprel 2021 17:10

Ermənistanın Baş Prokurorluğu İrəvan ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryan və "1 mart işi" ilə bağlı təqsirləndirilən digər şəxslərin barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün yerli media Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq məhkəmənin Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Qevorkyanın barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Milli.Az


Etiketlər:  Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verildi


RƏYLƏR