Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 07:42
Evdəki bərəkətsizliyin və xəstəliklərin bəzi səbəbləri
Evinizdə zıbilləri yığıb saxlamayın. Zibil yığılıb qalan evdə bərəkət olmur. Alçaq enerjili varlıqlar o zibillər ilə qidalanırlar. Xüsusən hamilə qadınlar zibil olan yerlərdən uzaq dursunlar.
Peyğəmbərimiz (s.a.ə.s) buyurur:
"Müsəlmançılıq təmizdir. Siz də təmiz olun, təmizlənin. Çünki Cənnətə təmizlər girər."
(Əhməd Ziyauddin, Ramuz əl-Hadis 1-ci cild)
Yatdığınız yerləri, paltarlarınızı səliqəli saxlayın. Peyğəmbərimiz (s) də bu mövzu üzərində bir çox tövsiyələr eləmişdir. Alçaq enerjili varlıqlar dağınıq olan yerlərdə daha çox olurlar.
Peyğəmbərimiz (s.a.ə.s) bir hədisində belə buyurmaqdadır:
"Paltarlarınızı (çıxardığınız zaman onları gözəl bir şəkildə) qatlayın. Çünki şeytan qatlanmış olan bir paltarı geyinə bilməz. Ancaq qatlanmamış, dağınıq bir paltarı gördüyü zaman o paltarın içinə girər."
Bizdə həmin paltarı geyinəndə vəsvəsə və şək-şübhəyə səbəb olar.
Hamamda ikən tualet ehtiyacınızı görməyin. Hamamın Qüsl alınan bir yer olduğunu unutmayın. Əgər belə etsəniz, yaddaşınız zəifləyib, dəli olma təhlükəsi vardır.
Peyğəmbərimiz (s.a.ə.s) buyurur:
"Sizdən biriniz hamamda ikən tualet ehtiyacını orda görməsin. Sonra bu idrar elədiyi yerdən dəstamaz almasın. Vəsvəsənin çoxu bundan irəli gəlməkdədir."
Övladlarnızı hər önünüzə gələn şəxsin öpməsinə icazə verməyin. Çünki qarşı tərəfin ruhaniyyətinin (xasiyyətinin) uşağa keçmək ehtimalı vardır. Bu mövzu çox əhəmiyyətlidir. Uşaqlarınızı bacardıqca qucağınızda çox gəzdirməyə çalışın. Belə olduqda uşaq sizin auranızla bəslənmiş olur. Bacardıqca uşaqların yanında şəfa və nəzər ayətlərini oxuyun.
Yeməklərinizin və boşqablarınızın üstünü açıq qoymayın. "Bismillah" demədən yemək bişirmək yaxşı şey deyildir. Bismillahsız bişirilən yeməklərin iyindən qidalanan varlıqların da olduğunu unutmayın.
"Gecə yatarkən, su və yemək qablarını açıq saxlamayın. Əgər onları örtəcək bir şey yoxdursa, Bismillah deyərək üzərlərinə bir çubuq qoyun."
"Gecə qabların ağzını örtün. Boşqabların da üstlərini örtün və ya tərs üzünə çevirin"