Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” avtomobilinin təqdimat tarixi məlum olub

“Apple” avtomobilinin təqdimat tarixi məlum olub

Tarix: 26 Aprel 2021 09:54

“Apple” şirkətinin avtomobil layihəsi yarım ildən sonra açıqlanacaq. Bu barədə “Wedbush” şirkətinin analitiki Deniel Ayvs “CNBC” telekanalına müsahibədə bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, ilk “Apple” avtomobili 2024-cü ildən tez buraxılmayacaq – şirkətə istehsalı sıfırdan qurmaq üçün vaxt lazımdır. Lakin Tim Kukun rəhbərlik etdiyi korporasiya “Apple Car” üçün əsası qoymaq məqsədilə layihə haqqında informasiyanı ictimailəşdirmək məcburiyyətində qalacaq.

 

Analitikin fikrincə, “Apple” yayda sürücüsüz elektromobil layihəsinin təqdimatını keçirərək avtomobil bazarına daxil olmasını bəyan edəcək. “Apple Car” avtomobilinin anonsu yaxın üç-altı ay ərzində olacaq.

 

Məxfi məlumatları mənbələrdən əldə edən analitik hesab edir ki, şirkət avtomobil istehsalı üçün tərəfdaşları ən qısa zamanda müəyyənləşdirməlidir. D.Ayvsın sözlərinə görə, hazırda korporasiyanın rəhbərliyi digər şirkətlərlə danışıqlar aparır.

 

“Apple” 2021-ci ilin yayında minimum bir açıq tədbir – ənənəvi “WWDC” konfransını keçirəcək. Konfransda şirkət adətən smartfon, kompüter və digər qurğular üçün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edir, gələcək planlarını bölüşür.

 

Nizam Nuriyev




Etiketlər:  Apple avtomobilinin təqdimat tarixi məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ