Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 09:00
Avropa İttifaqı (Aİ) ölkələri Avropa Dərman Agentliyinin təsdiqlədiyi COVID-19 preparatları ilə vaksin olunan turistləri qəbul edəcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen bəyan edib.
O, digər preparatlarla peyvənd olunan turistlər üçün Aİ siyasətinin necə olacağını açıqlamayıb.
"Bir məsələ tam aydındır: Aİ-yə daxil olan 27 ölkənin hamısı Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla vaksinasiyadan keçənləri qeyd-şərtsiz qəbul edəcək", - deyə o bildirib.
Aİ nümayəndəsi, səyahətin yenidən başlanmasının vaxtının hələ də epidemioloji vəziyyətə bağlı olduğunu əlavə edib.