Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda yeni Konstitusiya bu tarixdə qüvvəyə minəcək

Qırğızıstanda yeni Konstitusiya bu tarixdə qüvvəyə minəcək

Tarix: 27 Aprel 2021 17:30

1 iyuldan etibarən Qırğızıstanda yeni Konstitusiya və yeni qanunlar qüvvəyə minəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov "KTRK" teleradio korporasiyasına verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, bu həftə MSK Konstitusiya ilə bağlı referendumun nəticələrini təhvil verməlidir.

"Bundan sonra yeni Konstitusiya qüvvəyə minəcək. Ancaq qanunlar iki ay ərzində - millət vəkillərinin tətilindən əvvəl qəbul ediləcək. Bütün qanunları uyğunlaşdırmalıyıq. 17 paket qanun layihəsi hazırlanıb. Onları parlamentə təqdim edəcəyik. 1 iyuldan etibarən yeni qanunlara və yeni Konstitusiyaya uyğun yaşayacağıq",-deyə Japarov qeyd edib.

Dövlət başçısı xalqın Prezident idarəetmə formasını seçdiyini, bu səbəbdən bu idarəetmə formasının tətbiq olunacağını bildirib.

"İcra hakimiyyətinə Prezident, sonra Nazirlər Kabinetinin sədri, sonra nazirlər rəhbərlik edəcəklər. Əvvəllər Prezident və hökumət ayrılmışdısa, indi birləşəcək",- deyə S. Japarov əlavə edib.

Qırğızıstan Prezidentinin sözlərinə görə, yeni Konstitusiya əsasında ölkədə islahatlar aparılacaq, bürokratiya olmayacaq və qərarlar lazımsız gözlətmələr olmadan dərhal veriləcək.


Etiketlər:  Qırğızıstanda yeni Konstitusiya tarixdə qüvvəyə minəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ