Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 13:00
"Böyük qayıdış" film layihələri üzrə yekun seçim mərhələsi keçirilib
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, aprelin 27-də Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini sonuncu - pitçinq mərhələsi keçirilib. Pitçinq mərhələsi layihələrin müəlliflər və istehsalçı şirkətlər tərəfindən müdafiəsi və seçilməsi məqdəsini daşıyır. Pitçinq mərhələsində münsiflər heyəti layihələri təqdim edən şirkətlərin nümayəndələri, ssenari müəllifləri və rejissorlarına suallar ünvanlayıblar. Proses Dövlət Film Fondunun rəsmi youtube kanalı ilə yayımlanıb.
Qeyd edək ki, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən aşağıdakı 49 layihə ikinci - Bədii seçim mərhələsində iştirak hüququ əldə etmişdi. Pitçinq mərhələsində 30-a yaxın şirkət iştirak edib.