Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 16:04
Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, iclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "AccessBank" QSC, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" və Vergilər Nazirliyi arasında olan məhkəmə prosesi ilə bağlı Milli Məclisə tövsiyyələri müzakirə ediləcək.
İclasda "Vergilər Məcəlləsi"nə, "Mülki Məcəllə"yə, "İpoteka haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişikliklərin edilməsi gözlənilir.