Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 16:40
Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Sonxeber.net-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanov Dövlət Neft Şirkətinin Müşahidə Şurasının fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.
İclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, Dövlət Neft Şirkətinin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb. Müşahidə Şurasının iclasında komitələrin rəhbərləri və korporativ katibi təyin edilib.
Müşahidə Şurasının və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.