Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 22:33
Pandemiyada evdə qalan uşaqlarda diabet xəstəliyi artıb.
Sonxeber.net xəbər verir ki, diabetin əlamətləri haqqında danışan professor Enver Şimşek valideynləri diqqətli olmağa çağırıb:
"Əgər uşağınız çox su içirsə, gecə tez-tez tualetə durursa, yatağını isladırsa, normal qidalandığı halda çəki itirirsə, halsızlığı varsa bundan şübhələnmək lazımdır. Diabetin uşaqlarda bilinməməsi mümkün deyil. Bu əlamətlər getdikcə daha da artır. Diabetlə erkən tanışlıq həm uşaq, həm də ailənin travma yaşaması baxımından önəmlidir. Pandemiyada evdə qalan uşaqlarda tip-1 diabetlə yanaşı, artıq çəkiyə bağlı olan tip-2 diabetdə artıb. Sürətli çəki almaq isə tip-2 diabet riskini artırır". /medicina.az