Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toydan üç gün sonra ailə faciəsi - FOTO

Toydan üç gün sonra ailə faciəsi - FOTO

Tarix: 29 Aprel 2021 19:06

ABŞ-ın Florida ştatına bal ayına gələn kişi həyat yoldaşının gözü önündə okeanda boğulub.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, Missuri ştatının Kanzas-Siti şəhərindən olan 24 yaşlı gənc müəllimə Şayenn Kottrell və 22 yaşlı sevgilisi Dalton 27 iyul 2019-cu il tarixində ailə qurublar. Toy gününün səhərisi onlar bal ayına Floridaya yollanıblar. Toydan üç gün sonra cütlük okeanda üzmək qərarına gəlib.

"Dalton okeanı ilk dəfə görürdü və heyran idi", - deyə dul qadın danışıb.

Onlar suya ehtiyatla girsələr də, qəfildən dalğa Daltonu aparıb. Şayenn ərinə kömək etməyə çalışsa da, Dalton onu da suyun altına çəkməyə başlayıb. Qadın güclə suyun üzünə çıxıb. Bu zaman uzaqdan xilasedicilərin gəmisini görərək köməyə çağırıb.

Ərini heç olmasa bir dəqiqə suyun üzünə çəkib saxlaya bilsəydi, xilasedicilər onlara çatıb kömək edə bilərdilər, lakin Dalton Şayenni bu dəfə saçlarından suya çəkməyə başlayıb.

Qadın özündən asılı olmadan ərini kənara itələyərək bir-təhər qurtula bilib, kişi isə huşunu itirərək suyun altına getməyə başlayıb.

"Hələ də bunu etdiyimə peşmanam, amma bilirəm ki, ondan uzaqlaşıb çıxmasaydım, hər ikimiz ölmüş olacaqdıq", - deyə qadın təəssüflə etiraf edib.

Şayenn xilasedicilər gələnədək sevgilisinin başını suyun üzündə saxlamağa çalışıb. Cütlük gəmi vasitəsi ilə sahilə çıxarılıb. Xəstəxanaya çatdırıldıqda, kişinin artıq öldüyü bildirilib.

600-dən çox insanın iştirak etdiyi dəfn mərasimi 10 avqust 2019-cu il tarixində keçirilib.

Qeyd edək ki, Dalton və Şayenn 2016-cı ildə universitetdə tanış olublar. İki il sonra onların arasında romantik münasibətlər yaranıb. 3 yanvar 2019-cu il tarixində Dalton Şayenni parka görüşə çağırıb və orada ona evlilik təklifi edib.


Etiketlər:  Toydan üç gün sonra ailə faciəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ