Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 17:28
Ermənistanda növbədənkənar parlament seçkiləri asan olmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Onun sözlərinə görə, səsvermə günü seçki məntəqələrində səsləri qətiyyətlə və israrla müdafiə edəcək böyük sayda etibarlı şəxslər ordusuna ehtiyac var.
O, seçki qərargahının artıq formalaşdırıldığını bildirib:
"Seçki asan olmayacaq. Başa düşürəm ki, biz artıq küçə mübarizəsində ixtisaslaşmışıq. Böyük ehtimalla buna ehtiyac olacaq".