Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni dəhşətli virus təhlükəsi - Bu ştam koronavirus keçirənləri təkrar yoluxdura bilər

Yeni dəhşətli virus təhlükəsi -  Bu ştam koronavirus keçirənləri təkrar yoluxdura bilər

Tarix: 3 May 2021 10:00

İlk dəfə Tanzaniyadan Anqolaya uçan təyyarə reysində aşkar edilmiş koronavirus ştammı dünyanın ən çox mutasiyaya uğramış COVID-19 variantıdır.

Sonxeber.net "city am" qəzetinə istinadən yazır ki, virusun bu variantı 34 mutasiyanın daşıyıcısıdır və bunların arasında insanın immun sistemindən yayına bilən mutasiyalar da var.

E484K kimi tanınan bu mutasiya insanın anticismlərindən yan keçməyi bacarır, bu isə o deməkdir ki, virusun bu variantı atrıq koronavirus infeksiyası keçirmiş adamlara da yoluxa bilər.

Virusun bu ştammı fevral ayında Tanzaniyadan Anqolaya uçan üç sərnişində aşkar olunub.

Harvard Universitetinin professoru Uilyam Hezeltayn bildirir ki, mutasiya sayının çoxluğu bu virusu "son dərəcə təhlükəli" edir.

Kamran Seyidov


Etiketlər:  Yeni dəhşətli virus təhlükəsi ştam koronavirus keçirənləri təkrar yoluxdura bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ